Yavər Camalov Belarus müdafiə nazirinin 1-ci müavinini qəbul edib

Yavər Camalov Belarus müdafiə nazirinin 1-ci müavinini qəbul edib
# 14 iyul 2016 14:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Yavər Camalov Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətini məlumatlandırıb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nümayəndə heyətinin başçısı Oleq Belokonev səmimi qəbula görə təşəkkür edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində olub və istehsal prosesini izləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR