Nyu-York birjasında əməliyyatlar bərpa olunub

Nyu-York birjasında əməliyyatlar bərpa olunub
# 08 iyul 2015 21:40 (UTC +04:00)

Bakı-APA-Economics. Nyu-York fond birjasında əməliyyatlar bərpa olunub.

APA-Economics-in CNN-ə istinadən verdiyi məlumata görə, bundan əvvəl bildirilirdi ki, birjanın administrasiyası kompüter sistemindəki nasazlığın aradan qaldırılması üçün ciddi səy göstərir.

İnsidentin təfərrüatları barədə məlumat verilmir.

“The Wall Street Journal” qəzetinin məlumatına əsasən, birjada əməliyyatların dayandırılmasına səbəb olan texniki nasazlıq ticarət sessiyasından əvvəl yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR