Nikolay Azarov yenidən Ukraynanın baş naziri vəzifəsinə təsdiqlənib - FOTO

Nikolay Azarov yenidən Ukraynanın baş naziri vəzifəsinə təsdiqlənib - <span style="color: red;">FOTO
# 13 dekabr 2012 14:30 (UTC +04:00)

Bakı – APA. Ukrayna Ali Radası son seçkiyə qədər baş nazir vəzifəsində çalışan və seçkidən sonra prezident tərəfindən yenidən bu vəzifəyə təqdim edilən Nikolay Azarovun namizədliyini təsdiqləyib. APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, N. Azarovun lehinə 252, əleyhinə 129 deputat səs verib, 20 nəfər zalda olsa da, səs verməyib. Lehinə səs verənlərdən 208-i Regionlar Partiyasının, 32-si Kommunist Partiyasının deputatları, 12 nəfəri isə fraksiyasız deputatlardır.

N. Azarov 1947-ci ildə Rusiyada (Kaluqa) doğulub. Lomonosov adına Moskva Dövlət Universitetinin bitirib, geologiya-mineralogiya elmləri doktoru, professordur. Ukraynada Dövlət Vergi Administrasiyasının sədri, maliyyə naziri, baş nazirin 1-ci müavini və son olaraq baş nazir vəzifələrini tutub. Regionlar Partiyası Siyasi Şurasının sədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR