Portuqaliyada zəlzələ baş verib

Portuqaliyada zəlzələ baş verib
# 25 aprel 2015 04:08 (UTC +04:00)

Bakı-APA. Portuqaliyanın Azor adaları yaxınlığında 4,8 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Ribeyri-Qrandi şəhərindən 39 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR