Bank Of Baku

Deputatın oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Deputatın oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 24 may 2018 09:30 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

E. İbrahimovun vəkili cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

 

Buna görə proses mayın 31-dək təxirə salınıb.

 

E.İbrahimov barəsində 2014-cü ilin iyulunda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) cinayət işi başlayıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs-qəti imkan tədbiri seçilib.

 

E.İbrahimov 2013-cü ilin əvvəlindən Elnur İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərini biznes qurmaq adı ilə aldadıb, ümumilikdə zərərçəkmişlərin 1 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

E. İbrahimovun işində zərərçəkmiş şəxslərdən biri deputat Elmira Axundovanın oğlu Həbib Axundovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR