Ermənilərin Ağdamda törətdiyi yanğınlar davam edir - FOTOSESSİYA - VİDEO

Ermənilərin Ağdamda törətdiyi yanğınlar davam edir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 28 may 2015 21:48 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, günorta saatlarında Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazisində törədilən yanğın qoşunlar arasındakı neytral sahəni aşaraq rayonun cəbhəyanı yaşayış məntəqələri olan Orta Qərvənd və Çıraqlı kəndlərinə qədər genişlənib. Dərhal hər iki kəndə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadaları cəlb edilib. Alov lokallaşdırılıb və yaşayış evləri, əkin sahələri və digər infrastruktur obyektlər mövcud yanğın təhlükəsindən xilas olunub.

Təmas xətti boyunca ətrafda qatı tüstü müşahidə olunur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR