Gələn il Azərbaycan Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 4% səviyyəsində olacaq

Gələn il Azərbaycan Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 4% səviyyəsində olacaq
# 14 oktyabr 2014 13:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 8,2% olmaqla, natural ifadədə 1 590 mln. manat təşkil edəcək.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrində əks olunub.

Bu, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 206,8 mln. manat və ya 14,9%, 2014-cü ilin proqnozu ilə müqayisədə isə 80,0 mln. manat və ya 5,3% çoxdur.

2015-ci ildə DGK üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 4,0% səviyyəsində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR