Azərbaycanda bələdiyyə seçkilərinin gedişatını 40 minə yaxın müşahidəçi izləyəcək

Azərbaycanda bələdiyyə seçkilərinin gedişatını 40 minə yaxın müşahidəçi izləyəcək
# 13 dekabr 2014 14:47 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında (MSK) sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, müşahidəçilərin hazırkı sayına görə Azərbaycanda bələdiyyə seçkilərində hər məntəqədə seçki prosesini 8 müşahidəçi izləyəcək.

MSK sədri əlavə edib ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən dairə seçki komissiyalarına seçici bülletenlərinin paylanılmasına da başlanılıb. Onun sözlərinə görə, sabahdan etibarən ucqar rayonlar ərazisində yerləşən dairə seçki komissiyalarına seçici bülletenlərinin paylanılmasına başlanacaq: “Ümid edirəm ki, proses dekabrın 18-dək yekunlaşacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR