Yaponiyada dünyanın ən yaşlı sakini vəfat edib

Yaponiyada dünyanın ən yaşlı sakini vəfat edib
# 01 aprel 2015 04:34 (UTC +04:00)

APA-nın Kiodo agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 1-də Misao Okava 117 yaşında dünyasını dəyişib.

1898-ci il, martın 5-də doğulan Misao Okava həmyerlisi, 116 yaşlı Dziroemon Kimuranın vəfatından sonra planetin ən qoca sakini sayılırdı.

Onun 3 övladı, 4 nəvəsi, 5 nəticəsi var. Misao Okava Osaka şəhərinin qocalar evində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR