MSK: Müsavat Partiyasının namizədlərinin adları seçki bülletenində saxlanılacaq

MSK: Müsavat Partiyasının namizədlərinin adları seçki bülletenində saxlanılacaq
# 31 oktyabr 2015 13:35 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri qeyd edib ki, Müsavat Partiyasının namizədlərinin adları seçki bülletenində saxlanılacaq: "Seçici gəlib, həmin namizədə səs verəcək. Əgər o namizəd seçiləcəksə, deputat sayılacaq. Deputatlıqdan imtina məsələsi isə həmin namizədin öz hüququdur. Heç kəs bu namizədlərin adını seçki bülletenindən çıxara bilməz. Bu cür müraciətlər təmin oluna bilməz. Seçkilərə 10 gün qalmış seçkidən imtina etmək olardı. Ancaq indiki halda bu, qeyri-mümkündür".

Xatırladaq ki, Müsavat Partiyası oktyabrın 28-də seçkilərdə iştirakı dayandırmaqla bağlı qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR