Gürcüstan Daxili İşlər Nazirliyində təqdimat keçirilib - FOTO

Gürcüstan Daxili İşlər Nazirliyində təqdimat keçirilib - <span style="color: red;">FOTO
# 10 aprel 2013 12:31 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcüstanda keçən ilin birinci kvartalı ilə müqayisədə cinayətkarlığın səviyyəsi 10,3 faiz artıb”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu məlumat Gürcüstan Daxili İşlər Nazirliyində ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri və jurnalistlərlə keçirilən görüşdə açıqlanıb. Tədbirdə nazirliyin İnformasiya-analitik departamenti tərəfindən “Cinayətkarlığın metodologiyası və hesabatı” mövzusunda layihə təqdim edilib. Layihədə köhnə və yeni metodologiyanın fərqi və cinayətkarlığın statistikası barədə məlumat verilib. Qeyd olunub ki, keçən ilin analoji dövrü ilə müqayisədə bu ilin mart ayına qədər cinayətkarlığın səviyyəsinin artması baş verib.

Gürcüstan DİN-in İnformasiya və analitik departamentinin rəis müavini David Alaverdaşvili APA-ya açıqlamasında nazirliyin ölkədə situasiyanı tam nəzarətə götürdüyünü bildirib: “Vaxt var idi, Tiflis ən nümunəvi şəhər kimi məşhur idi. Şübhəsiz ki, biz cinayətkarlığın azalması üçün bütün metodlardan istifadə edirik. Bu gün qəbul etdiyimiz yeni metodologiya Avropa standartlarına uyğundur və Avropa ölkələrinin hamısında həyata keçirilir. Yeni metodologiya şübhəsiz ki, Gürcüstanın bütün bölgələrində həyata keçiriləcək, o cümlədən azərbaycanlıların kompakt yaşadığı bölgələrdə bu, daha fəal olacaq. Çünki son zamanlar bu bölgədə cinayət və zorakılıq halları artıb. Bu barədə biz müntəzəm olaraq Daxili İşlər Nazirliyinin saytında məlumat-hesabat verəcəyik. Əlbəttə, cinayətkarlığın artması hakimiyyətin dəyişməsindən və amnistiyadan sonra baş verib. Bu, təbii haldır. Amma indi biz bütün Gürcüstanda situasiyanı nəzarətə almışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR