Peterburqda kütləvi davada saxlanmış azərbaycanlılardan 9-u deportasiya olunacaq

Peterburqda kütləvi davada saxlanmış azərbaycanlılardan 9-u deportasiya olunacaq
# 22 fevral 2013 07:47 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, təhqiqat zamanı saxlanan şəxslərin Rusiya ərazisində qeyri-leqal yaşadığı məlum olub və onların deportasiya olunması barədə qərar çıxarılıb.

Xatırladaq ki, azərbaycanlıların iştirakı ilə kütləvi dava fevralın 19-da Sankt-Peterburqun cənubunda baş verib. Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan APA-ya verilən məlumata görə, davaya səbəb gəlinin toy ərəfəsində qaçırılması olub. Dava nəticəsində dörd nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı 28 nəfər saxlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR