SSRİ xalq artisti Əjdər İbrahimovun 95 illik yubileyi keçiriləcək

SSRİ xalq artisti Əjdər İbrahimovun 95 illik yubileyi keçiriləcək
# 21 iyul 2014 16:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. İyulun 25-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru, SSRİ xalq artisti Əjdər İbrahimovun 95 illik yubileyi keçiriləcək.

Dövlət Film Fondundan APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək. Yubiley tədbirində rejissora həsr edilən fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Tədbirin sonunda Əjdər İbrahimova həsr edilmiş rejissor Nizami Abbasın "Narahat adam" sənədli filmi nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR