Qusarda 70 yaşlı kişini qətlə yetirən şəxs saxlanılıb

Qusarda 70 yaşlı kişini qətlə yetirən şəxs saxlanılıb
# 01 iyul 2015 06:58 (UTC +04:00)

Qusar. Vəli Turan – APA. Ötən gün Qusar rayonunda qətl törətməkdən şübhəli bilinən şəxs saxlanılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun Çiləgir kəndində Bakı şəhər sakini, 1945-ci il təvəllüdlü 1945-ci il təvəllüdü Ramiz Gülməmməd oğlu Verdiyevi odlu silahla qətlə yetirməkdə təqsirləndirilən 1967-ci il təvəllüdü Eynullah Cahangir oğlu Hacıyev hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat zamanı tutulub.

Qeyd edək ki, o, hadisəni törətdikdən sonra qaçmışdı. E. Hacıyev qətl törətdiyi evin gözətçisi olub. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR