Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb
# 18 iyun 2016 16:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sərdar Bağırovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 22-nə təyin edilib.

Qeyd edək ki, S. Bağırov Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunan S. Bağırov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S. Bağırov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR