Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Müstəqilliyimizin nəbzi” tədbir-sərgi təşkil olunub - FOTOSESSİYA - VİDEO

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Müstəqilliyimizin nəbzi” tədbir-sərgi təşkil olunub  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 27 may 2015 10:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Respublika Gününə həsr olunmuş “Müstəqilliyimizin nəbzi” adlı tədbir-sərgi təşkil olunub.

APA-nın məlumatına görə, tədbir Azərbaycan İstiqlal Muzeyi, “Avrasiya Beynəlxalq Problemləri Araşdırma İnstitutu” və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi ilə birgə keçirilib.

Muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, sərgidə türkiyəli rəssam İlhan İşbaşı, azərbaycanlı rəssamlar Səyyar Əliyev, Zaur Mirzəyev, Bayram Bayramov və Natiq Nəcəfzadənin əl işləri ilk dəfə nümayiş olunur.

Mərasimdə “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, türkiyəli rəssam İlhan İşbaşı, xalq rəssamı Ağəli İbrahimov və başqaları Respublika Günü ilə bağlı təşkil olunan tədbirin əhəmiyyətindən danışıblar.

Sərginin açılışında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR