ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri Üsamə bin Ladenin mətbuat katibini saxlayıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri Üsamə bin Ladenin mətbuat katibini saxlayıb
# 07 mart 2013 23:16 (UTC +04:00)

Bakı-APA. “Əl Qaidə” terror təşkilatının mətbuat katibi və Üsamə bin Ladenin yeznəsi Süleyman Əbu Qeyt ABŞ agentləri tərəfindən saxlanılıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Konqresinin Nümayəndələr palatasının üzvü, respublikaçı Piter Kinq bildirib.

O güc strukturlarındakı mənbələrinə istinad edib. Qeyd edək bir müddət əvvəl Əbu Qeytin saxlanılması barədə Türkiyənin “Hürriyet” qəzeti xəbər verib.

Xəbərdə bildirilir ki, Süleyman Əbu Qeyt fevralın əvvəlində Ankarada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə saxlanılıb.

Türkiyə tərəfi bir ay saxladıqdan sonra onu 2011-ci ilədək vətəndaşı olduğu Küveytə göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR