Əli Həsənov: “Ümid edirik ki, Türkiyə parlamenti Xocalı soyqırımına hüquqi qiymət verəcək”

Əli Həsənov: “Ümid edirik ki, Türkiyə parlamenti Xocalı soyqırımına hüquqi qiymət verəcək”
# 22 fevral 2013 13:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Türkiyə hökuməti, Türkiyə Böyük Millət Məclisi gələcəkdə Xocalı soyqırımına mütləq müvafiq qiymət verəcək. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əksəriyyəti Xocalıda baş verən hadisəni soyqırımı adlandırıb. Ümid edirik ki, TBMM də yaxın gələcəkdə buna hüquqi qiymətini verəcək”. APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, Xocalı soyqırımını dünyada 3 ölkə tanıyıb - Kolumbiya, Meksika və Pakistan. Faciə ABŞ-ın 6 ştatında tanınıb, Rumıniya və digər ölkələrdə müzakirədədir: “Türkiyə parlamentində bir neçə dəfə dinləmələr keçirilib. Bələdiyyələr səviyyəsində qiymət verilib. Ümid edirik ki, TBMM də yaxın gələcəkdə buna hüquqi qiymətini verəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR