Mübariz Qurbanlı: “Biz hər hansı xarici qüvvələrə milli-mənəvi dəyərlərimizə müdaxilə etməyə imkan verməyəcəyik”

Mübariz Qurbanlı: “Biz hər hansı xarici qüvvələrə milli-mənəvi dəyərlərimizə müdaxilə etməyə imkan verməyəcəyik”
# 08 noyabr 2014 17:27 (UTC +04:00)

DQDK-dən APA-ya verilən məlumata görə, treninqin açılış mərasimində DQDK sədri Mübariz Qurbanlı, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, Milli Məclisin deputatı Fəzail Ağamalı iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, treninqin əsas məqsədi milli-mənəvi dəyərlərimizin tarixi, bu günü haqqında gənclərlə geniş diskusiya-fikir mübadiləsi aparmaqdır: "Bizim ən ümdə məqsədimiz müstəqil dövlətimimizi inkişaf etdirmək, gücləndirmək, bununla yanaşı milli-mənəvi dəyərlərimizi, dini və milli kimliyimizi qoruyub saxlamaqdır. Azərbaycan İslam ölkəsi sayılır, İslam dininin rəmzi sayılan yaşıl rəng bizim bayrağımızda əks olunub və İslam bizim mənəvi dəyərimizdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Dinimiz-milli-mənəvi sərvətimizdir”. Biz hər hansı xarici qüvvələrə milli-mənəvi dəyərlərimizə müdaxilə etməyə imkan verməyəcəyik. İndi ideoloji mübarizə gedir. Bizim ideologiyamızın adı “Azərbaycançılıq”dır".

Daha sonra çıxış edən Yaqub Mahmudov qeyd edib ki, bu cür görüşlərin keçirilməsi zamanın tələbidir: “Çünki hal-hazırda dünyada milli-etnik münaqişələr mövcuddur. Biz İslamı elmi-maarifçilik nöqteyi-nəzərindən təbliğ etməliyik. İslamın bərabərlik prinsipi əsasında və məzhəblərdən, təqriqətçilikdən uzaq, Quranda göstərilən qaydada təbliğ olunmalıdır. İslamın elmlə, inkişafla, insan haqqları ilə bağlı ehkamları tədqiq olunmalı və insanlara çatdırılmalıdır”.

Nizami Cəfərov milli-mənəvi dəyərlərimizin təbliğindən danışarkən qeyd edib ki, İslam dini Azərbaycanda yayıldıqdan sonra milli və dini kimlik məsələləri bir-biri ilə çuğlaşaraq vahid ideologiyaya çevrilib və 1400 ildən çoxdur ki, xalqımızın milli mentalitetinin ayrılmaz hissəsidir: “İstər dövlətçilik, istər mədəniyyət tariximizə nəzər salarkən İslamın həyatımızın ayrılmaz hissəsinə çevrildiyini görürük. Azərbaycanda din dövlətdən ayrıdır. Bu, azərbaycanşunaslığın tərkib hissəsidir. Amma bizim müxtəlif dərsliklərimizdə İslamla bağlı müəyyən məlumat verilir. Həmçinin tarix və ədəbiyyat fənlərində din mövzusuna da yer ayrılır”.

Treninqin birinci günü tələbə-gənclərin iştirakı ilə diskussiya şəraitində başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR