DTX: Tərəfimizdən Goranboyda belə bir əməliyyat keçirilməyib

DTX: Tərəfimizdən Goranboyda belə bir əməliyyat keçirilməyib
# 14 iyun 2016 11:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Goranboya əməliyyat keçirilməsi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

DTX-nin ictimai əlaqələr şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xidmət tərəfindən Goranboyda belə bir əməliyyat keçirilməyib.

Qeyd edək ki, bəzi KİV-də DTX tərəfindən Goranboy rayonunda əməliyyat keçirilməsi barədə məlumat yayılıb. Məlumata görə, əməliyyat nəticəsində dövlətin təbii sərvətlərini ələ keçirməyə cəhd edən bir neçə məmur saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR