BDU-da futbol çempionatına start verilib

BDU-da futbol çempionatına start verilib
# 11 aprel 2015 15:25 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə universitetin 17 fakültəsi arasında futbol yarışının təntənəli açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və son illərdə prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan, Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs edib.

Rektorun sözlərinə görə, ulu öndərin xatirəsinə həsr olunmuş futbol yarışları may ayında yekunlaşacaq və qalib müəyyən olunacaq.

Daha sonra dövlət himni səslənib və idman kafedrasının müdiri Akif Atakişiyev tədbirin proqramını elan edib. Tədbir konsert proqramı ilə davam edib, fakültələr arasında futbol oyunu izlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR