SOCAR və BP birgə həyata keçirdiyi layihələri müzakirə edib

SOCAR və BP birgə həyata keçirdiyi layihələri müzakirə edib
# 17 dekabr 2014 13:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev BP şirkətinin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev şirkətlər arasında uzun müddət davam edən səmərəli tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, bu əməkdaşlığın son dövrdə daha da genişləndiyini söyləyib. Azərbaycanda hər iki şirkətin iştirakı ilə həyata keçirilən neft-qaz layihələrinin uğurla davam etdiyini vurğulayan SOCAR prezidenti bundan sonrakı işlərin də müvəffəqiyyətlə nəticələnəcəyinə inandığını bildirib.

Azərbaycanın neft-qaz sənayesinin inkişafında BP-nin yaxından iştirak etməsindən qürur duyduğunu söyləyən R. Dadli şirkətin ölkəmizdəki fəaliyyətində göstərilən dəstəyə və köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Tərəflər Azərbaycanda bu gün birlikdə həyata keçirilən bütün neft-qaz layihələri (AÇG, BTC, “Şahdəniz” və s.) uğurla davam edəcəyini, Azərbaycanda, qonşu ölkələrdə indiyə qədər olduğu kimi, iqtisadi inkişafın lokomotivi rolunu oynayacaq, digər istehlakçı ölkələrin enerji təchizatına mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR