Qubada “Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirilib - FOTO

Qubada “Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 16 iyul 2015 10:02 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının və Quba rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda regional konfrans keçirilib.


APA-nın şimal bürosunun məlumatına görə, konfransı giriş sözü ilə Prezident Administrasiyasının İctmai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açaraq mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Ölkədə azad mətbuatın inkişafı üçün hər cür şəraitin yaradıldığını, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdıran T. Süleymanov həyata keçirilən tədbirlər nəticəsində regionlarda da mətbuatın inkişaf etdiyini, peşəkar kadrların yetişdiyini, “Əkinçi” qəzeti ilə başlanan media ənənələrin uğurla davam etdirildiyini vurğulayıb.

Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov isə təkcə paytaxtda deyil, regionlarda da jurnalistlərin fəaliyyəti üçün münbit şərait yaradıldığını söyləyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun çıxışında bu tədbirin Qubada keçirilməsinin təsadüfi olmadığın bildirib. O, ilk regional qəzetin məhz Quba rayonunda fəaliyyətə başladığını diqqətə çatdırıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də Azərbaycanda jurnalistlərə göstərilən dövlət qayğısından danışıb.

T. Süleymanov sonda mətbuatın qarşısında duran vəzifələrdən, regionların inkişafı sahəsində əldə olunan uğurların informasiya təminatından bəhs edərək, qaldırılan təkliflərə münasibətini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR