«Memar Əcəmi» metro stansiyasında yeraltı piyada keçidi tikilir

«Memar Əcəmi» metro stansiyasında yeraltı piyada keçidi tikilir
# 18 aprel 2013 09:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Metropolitenin «Memar Əcəmi» stansiyasının əsas giriş-çıxışının bağlanması əsas stansiyanı yeni tikilən «Memar Əcəmi-2» stansiyası ilə birləşdirən yeraltı piyada keçidinin tikintisi ilə bağlıdır. Bu barədə «APA-Economics»ə Metropolitenin mətbuat xidmətindən bildirilib.

Həmçinin qeyd olunub ki, əsas giriş-çıxışın yerüstü pavilyonunun dizaynının dəyişdirilməsi, onun yenidən qurulması ilə bağlı işlər hələlik gündəmdə deyil, lakin yekunda bu işlərin də həyata keçirilməsi nəzərdə tutulur. İşlərin başa çatması müddəti hələlik dəqiq bilinməsə də, prosesin ilin sonunadək yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, mart ayının sonunda Metropolitenin rəisi Tağı Əhmədov bəyan edib ki, «Memar Əcəmi-2» stansiyası gələn il istifadəyə veriləcək, halbuki bu, 2013-cü ilə planlaşdırılırdı. Lakin kommunikasiya problemləri və gecikmələrlə əlaqədar bu, mümkün olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR