«Xalq Bank»ın aktivləri I rübdə 19% artıb

«Xalq Bank»ın aktivləri I rübdə 19% artıb
# 19 aprel 2013 08:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 954,3617 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,1% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 54,2% artaraq 694,509 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 41,992 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin aprelin 1-nə nisbətən 76,5% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 1,9 dəfə artaraq 26,210 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,7 faiz bəndi artaraq 3,8%-ə çatıb.

Bankın depozit portfeli son bir ildə 19,1% artaraq 604,427 mln. manata çatıb. O cümlədən , əhalinin əmanətlərinin həcmi 436,627 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 6,5% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 10,1% artaraq 193,935 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 169,099 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 57,8% artaraq 36 283, o cümlədən fiziki şəxslərin sayı 59,4% artaraq 34 588, hüquqi şəxslərin sayı 26,3% artaraq 1 695 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 11 340-a bərabər olub ki, bu da illik müqayisədə 6,6% azdır. O cümlədən, debet kartların sayı 13,5% azalaraq 9 000-ə, kredit kartların sayı 33,0% artaraq 2 340-a çatıb.


Hazırda bankın ölkə üzrə 22 filialı, 37 bankomatı, 74 POS-terminalı fəaliyyət göstərir. Bankın 463 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR