Serj Sərkisyan Fransaya üç günlük səfərə gedir

Serj Sərkisyan Fransaya üç günlük səfərə gedir
# 10 noyabr 2012 10:17 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Ermənistan prezidenti Serj Sərkisyan sabah Fransaya üç günlük səfərə gedəcək. APA-nın məlumatına görə, Ermənistan prezidentinin Parisdə fransız həmkarı Fransua Olland, baş nazir Jan-Mark Ero, Milli Assambleyanın və Senatın rəhbərləri ilə görüşəcək. Serj Sərkisyanın parlamentdə Ermənistan-Fransa dostluq qrupunun üzvləri ilə görüşü də planlaşdırılır. Görüşlərdə iki ölkə arasında münasibətlərin aktual məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR