Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümü ilə bağlı təqdimat keçirilib

Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümü ilə bağlı təqdimat keçirilib
# 23 noyabr 2012 15:36 (UTC +04:00)

Bakı-APA. Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümü çərçivəsində Yaponiyanın Qunma prefekturasındakı Qızlar Universitetində ölkəmizlə bağlı təqdimat təşkil edilib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qızlar Universitetinin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə professor Yoşi Kobayaşi və Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edib. Səfir Azərbaycanın coğrafi mövqeyi, tarixi, təbiəti, əhalisi, iqtisadiyyatı barədə ətraflı məlumat verib, dövlətin uğurlu enerji siyasətindən və qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlardan söz açıb.

Təqdimatda həmçinin, ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, mətbəxini, rəqslərini, xalçalarını və turizm imkanlarını əks etdirən videofilm də nümayiş etdirilib.

Səfir Gürsel İsmayılzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ərazilərimizin 20 %-nin ermənilər tərəfindən işğal olunması və bunun nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi və bu işğalın mənfi nəticələrinin hələ də aradan qaldırılmaması barədə tədbir iştirakçılarına geniş məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR