Bakı sakinində silah və narkotik aşkar edilib

Bakı sakinində silah və narkotik aşkar edilib
# 26 fevral 2015 08:49 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakinindən silah və narkotik götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 25-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1963-cü il təvəllüdlü İvan Petroviç Şitovdan 1,27 qram həşiş qətranı və İJ-K markalı, 16 kalibrli, qundağı və lüləsi kəsilmiş silah aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR