Əfqanıstan hökuməti azərbaycanlı investorları bu ölkəyə dəvət edib

Əfqanıstan hökuməti azərbaycanlı investorları bu ölkəyə dəvət edib
# 01 mart 2013 14:52 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Əfqanıstan hökuməti Azərbaycanlı investorları bu ölkənin iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoymağa dəvət edib. «APA-Economics»in məlumatına görə, bunu Əfqanıstanda səfərdə olmuş Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşdə Əfqanıstan prezidentinin iqtisadi məsələlər üzrə müşaviri, maliyyə naziri Ömar Zaxilval bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticari münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə edilib, eyni zamanda Əfqanıstanın maliyyə naziri Ö.Zaxilval tərəfindən Azərbaycandan bu ölkəyə investisiyaların yatırımı, xüsusilə Əfqanıstanda daha çox ehtiyac duyulan tikinti sektoruna azərbaycanlı investorların cəlb olunması təklifi irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR