Təhsil naziri TQDK sədrinə növbəti dəfə cavab verib

Təhsil naziri TQDK sədrinə növbəti dəfə cavab verib
# 27 noyabr 2012 18:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında təhsil naziri bildirib ki, 2008-ci ildən “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” Azərbaycan prezidentin sərəncamı ilə seçilir.

“Hər il 100 müəllim ayda min manat, 50 məktəb isə ayda 10 min manatla mükafatlandırılır. Bu məsələ prezidentin sərəncamı ilə təyin olunur. 3 mərhələdən ibarət müsabiqə keçirilir və bunların hər birində özüm yaxından iştirak edirəm. Biz heç bir şikayətin şahidi olmamışıq. Mənə elə gəlir ki, seçim çox ədalətli aparılır. Onu da qeyd edim ki, bu seçimdə qalib olan məktəblərin hamısı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaxşı məktəbləri siyahısına daxildirlər”, - deyə M.Mərdanov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR