Azad Rəhimov Qubada vətəndaşları qəbul edib - FOTO

Azad Rəhimov Qubada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 04 iyul 2014 09:10 (UTC +04:00)

Quba Vəli Turan – APA. Bu gün gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinlərini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Quba şəhəri Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 30-dan artıq vətəndaş iştirak edib.

Gənclər sahəsi üzrə edilən müraciətlərin böyük əksəriyyəti qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub.

Vətəndaşları idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri istiqamətində də nazirə müraciətlər ünvanlayıblar.

Qəbul zamanı ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı da müraciətlər edilib.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb.

Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR