Ömürlük azadlıqdan məhrum edilmiş şəxsin şikayəti təmin edilməyib

Ömürlük azadlıqdan məhrum edilmiş şəxsin şikayəti təmin edilməyib
# 05 may 2015 12:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qaradağ rayon Məhkəməsində ömürlük azadlıqdan məhrum edilmiş Paşayev Çingiz Əmirhəmzə oğlunun vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı müraciətinə baxılıb.

Vəkil Aidə Tağıyevanın APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib. A. Tağıyeva bildirib ki, qərarı alandan sonra Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edəcəklər: “Çingiz Paşayev 25 il 2 aydır ki, Qobustanda yerləşən həbsxanada cəza çəkir. 25 il əvvəl Çingiz Paşayev Gürcüstan və Rusiyada soyğunçuluq törətmə, inkassator maşınlarına hücumlar etməkdə təqsirləndirilib. Cinayəti törədən bir neçə nəfər olub. Cinayət işində iki nəfərin ölümü də göstərilib, lakin ölüm hadisəsinin Çingiz Paşayev tərəfindən törədilməsi sübuta yetirilməyib. O zaman Ali Məhkəmə tərəfindən Çingiz Paşayev barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm hökmü ləğv edildiyi üçün onun cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilib. Biz apellyasiya şikayətindən əlavə Çingiz Paşayevin və ailəsinin adından prezident İlham Əliyevə də müraciət etmişik ki, onu əfv etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR