Nazir: “Fermerlərə güzəştlərin artırılmasını davam etdirəcəyik”

Nazir: “Fermerlərə güzəştlərin artırılmasını davam etdirəcəyik”
# 23 oktyabr 2014 09:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyaları azaltmaq və kənd təsərrüfatı istehsalçılarını öz maliyyə vəsaitləri, investisiyaları hesabına inkişafını hədəfləyir.

APA-Economics”in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H. Əsədov deyib ki, bu, kənd təsərrüfatı sahəsi istehsalçılarının fəaliyyətini gəlirli sahəyə çevirdikdən sonra mümkün olacaq: “Çünki indiki şəraitdə, hazırkı ambisiyalarımız, bazara çıxmaq strategiyamız şəraitində yaxın vaxtlarda kənd təsərrüfatı istehsalçılarına subsidiyaların azaldılmasını nəzərdə tutmuruq. Əksinə güzəştlərin artırılmasını, kəndə dəstək strategiyasını davam etdirəcəyik”.

H. Əsədovun sözlərinə görə, bu strategiyanın dayandırılması kənd təsərrüfatının inkişaf dinamikası rəqəmlərdə, həmçinin tamamilə gəlirli bir sahə olub, əldə edilən gəlirin təkcə onların xərclərini ödəməsi deyil, həm də əlavə gəlir əldə edib investisiya qoymağa şərait yaradacağı təqdirdə mümkün olacaq. Ancaq bundan sonra strategiyanın hədəfləri dəyişəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR