Bank Of Baku

Bu il mobil operatorlar 207 mln. manatdan çox gəlir əldə edib

Bu il mobil operatorlar 207 mln. manatdan çox gəlir əldə edib
# 17 aprel 2018 13:11 (UTC +04:00)

Cari ilin yanvar-mart ayları ərzində informasiya və rabitə müəssisələri 421,9 mln. manatlıq xidmət göstərib ki, onun da 71,6%-i əhali tərəfindən istehlak olunub.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 13,2% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,7%-i qeyri-dövlət sektorunun payına düşüb.

 

Xidmətlərdən əldə edilən gəlirin 49,1%-i və ya 207,3 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR