Elnur Hüseynov “Eurovision 2015” mahnı müsabiqəsində çıxış edib

Elnur Hüseynov “Eurovision 2015” mahnı müsabiqəsində çıxış edib
# 23 may 2015 23:30 (UTC +04:00)

APA-nın məlumatına görə, final mərhələsində iştirak edən 27 ölkənin təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdirib .

Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 24-cü çıxaraq “Hour of the Wolf” mahnısını səsləndirib.

İştirakçıların səhnəyə aşağıdakı ardıcıllıqla çıxaraq mahnılarını təqdim edib:

1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük Britaniya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10. İsveç, 11. Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15. Yunanıstan, 16. Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya, 20. Rumıniya, 21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24. Azərbaycan, 25. Rusiya, 26. Albaniya, 27. İtaliya.

Qeyd edək ki, Avstriya, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya və Avstraliya finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir (Avstraliya təmsilçisi “Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyi münasibəti ilə fəxri qonaq qismində çıxış edib).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR