Bank Of Baku

Baş nazir: "Ukraynanın MDB-dən çıxması iqtisadiyyata təsir etməyəcək"

Baş nazir: "Ukraynanın MDB-dən çıxması iqtisadiyyata təsir etməyəcək"
# 17 aprel 2018 13:00 (UTC +04:00)

"MDB ilə əməkdaşlığın bitməsi Ukraynanın iqtisadiyyatına təsir göstərməyəcək".

 

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman yerli "İCTV" telekanalının efirində deyib.

 

"Mən düşünmürəm ki, bu, hansısa yolla ölkə iqtisadiyyatına təsir edə bilər", - deyə baş nazir əlavə edib. O bildirib ki, hazırda Xarici İşlər Nazirliyi Nazirlər Kabinetində müzakirə olunacaq müvafiq sənədləri hazırlayır.

 

Qeyd edək ki, prezident Pyotr Poroşenko hökumətə tapşırıb ki, ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) tam çıxması üçün müvafiq təkliflər hazırlasın. Ukrayna MDB-nin Nizamnaməsini heç vaxt ratifikasiya etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR