Paşha Bank
Bank Of Baku

Nazirlik: Yanğın baş verən binadan özünü atan kişinin vəziyyəti orta ağırdır

Nazirlik: Yanğın baş verən binadan özünü atan kişinin vəziyyəti orta ağırdır
# 10 aprel 2019 15:03 (UTC +04:00)

Səhiyyə Nazirliyi bu gün Babək prospektində məcburi köçkünlərin yaşadığı binada baş verən yanğında zərərçəkənlərlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, ümumilikdə təcili yardıma 8 nəfər müraciət edib, 2 kişi, 3 qadın və bir uşağa yerində yardım göstərilib: "Yanğın zamanı bir nəfər kişi özünü hündürlükdən atıb. Xəstə 3 saylı şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib,  diaqnozu bədənin müxtəlif nahiyələrinin əziyidir. Hazırda vəziyyəti orta-ağırdır. Bir nəfər isə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Ona yardım göstərilib,  hazırda vəziyyəti yaxşıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR