"Azəriqaz": İlin əvvəlindən 124 mindən artıq məcburi köçkün ailəsi qazlaşdırılıb

"Azəriqaz": İlin əvvəlindən 124 mindən artıq məcburi köçkün ailəsi qazlaşdırılıb
# 18 sentyabr 2015 06:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən abunə haqlarının yığım səviyyəsi davamlı olaraq artmaqdadır.

APA-Economics”in məlumatına görə, bunu “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev “Azərbaycan” qəzetində çap olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, bu ilin 7 ayında İB-də əhali sektoru üzrə 41 333 yeni abonent qeydiyyata alınıb ki, bunun da 17 978-i Bakı, Abşeron və Sumqayıt, 23 355-i isə regionlar üzrədir: “O cümlədən iyul ayı ərzində əhali sektoru üzrə qeydiyyata alınmış 5 007 yeni abonentin 1 307-si Bakı, Abşeron və Sumqayıt, 3 700-ü isə regionlar üzrədir”.

Ə. Hacıyev deyib ki, göstərilən dövrdə əhali sektoru üzrə 1 mlrd. 711 mln. 241,310 min kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 97,2% vəsait toplanıb: “Həmçinin iyul ayı ərzində əhali sektoru üzrə 65 mln. 182,549 min kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 132% faiz vəsait toplanıb”.

O, həmçinin qeyd edib ki, 1 avqust 2015-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 124 197 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 326 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR