Neft ucuzlaşıb

Neft ucuzlaşıb
# 30 oktyabr 2014 07:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,27 dollar azalaraq 1 barelə görə 81,93 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,11 dollar ucuzlaşaraq 87,01 dollar olub.

Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 1,17 dollar bahalaşaraq 90,52 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR