Əbülfəs Qarayev İSESCO mədəniyyət nazirlərinin konfransında iştirak edir

Əbülfəs Qarayev İSESCO mədəniyyət nazirlərinin konfransında iştirak edir
# 02 noyabr 2015 09:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oman Sultanlığının paytaxtı Məskat şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanı nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirdə açılış nitqi ilə çıxış edən ev sahibi ölkənin İrs və Mədəniyyət naziri Səyyid Haytam bin Tariq Əl Səid, İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri konfransda 40 ölkənin mədəniyyət nazirləri və nümayəndə heyətlərinin iştirak etdiyini bildiriblər.

Qeyd olunub ki, İslam mədəniyyətinin inkişafı üçün məqsədyönlü siyasətin aparılması gündəmdədir və bunun üçün də İslam ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsində mədəniyyət mühüm rol oynayır.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Əmin Mədəni çıxış edərək İslam ölkələri ilə sıx əməkdaşlıq edən beynəlxalq təşkiatların birləşərək terror hadisələri nəticəsində dağıdılan İslam irs və mədəniyyətinin nümunələrinin qorunmasında daha da böyük güc sərf etmələrinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR