Avropa Azərbaycan Cəmiyyəti və Mühafizəkarlar Partiyası birgə qəbul keçirib

Avropa Azərbaycan Cəmiyyəti və Mühafizəkarlar Partiyası birgə qəbul keçirib
# 30 sentyabr 2014 10:36 (UTC +04:00)

Cəmiyyətdən APA-ya verilən xəbərə görə, Beynəlxalq Konfrans Mərkəzinin “Castle Fine Art” qalereyasında keçirilmiş bu tədbir öz keyfiyyəti ilə Qərbi Avropaya səs salmış Azərbaycan şərablarını dequstasiya etmək üçün nadir imkanlardan biri idi.

Qəbulda iştirak edən hörmətli qonaqlardan biri keçmiş bərabərlik, hazırda isə mədəniyyət, kütləvi informasiya və idman” naziri və parlament üzvü Səcid Cavid olub. 2010-cu ildə Böyük Britaniya parlamentinin İcmalar Palatasına üzv seçildikdən sonra o, öz fəaliyyətinə görə təqdir edilib. Böyük Britaniyanın sabiq xarici işlər naziri Cek Strounun fikrincə, son 30 ilin ən yaxşı parlament üzvü olan bu nazir, “Daily Telegraph” qəzeti tərəfindən 100 ən nüfuzlu şəxs siyahısına salınıb. Bir çox şərhçilər Səcid Cavidi Mühafizəkarlar Partiyasının liderliyinə gələcək namizəd kimi baxırlar.

“Narahat regionda yerləşən, sabit və müasir müsəlman ölkəsi olan Azərbaycanın məşhur şərablarını içən adamları bir arada görməyimə çox şadam. Heç zaman siyasətə qarışmayan TEAS üç aparıcı siyasi partiyanın hər birinin konfransında müxtəlif tədbirlər təşkil edir. Biz artıq bir neçə ildir ki, Mühafizəkarlar Partiyasının “ConHome” qrupu ilə əməkdaşlıq edir və gələcəkdə də belə qəbulların təşkilini planlaşdırırıq. Azərbaycan Qərbin dostu və Avropa İttifaqının enerji təhlükəsizliyinin gələcək təminatçısıdır. Azərbaycandakı daxili sərmayələrin yarısından çoxu Böyük Britaniya tərəfindən, əsasən BP neft şirkəti və onunla əlaqəli olan digər şirkətlər vasitəsilə yatırılıb. Mən bu əlaqələrin daha da gücləndirilməsinə səmimi qəlbdən ümid edirəm”, - deyə Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR