Azərbaycanla Küveyt arasında hava əlaqəsi haqqında sazişin layihəsi razılaşdırılıb

Azərbaycanla Küveyt arasında hava əlaqəsi haqqında sazişin layihəsi razılaşdırılıb
# 25 may 2015 12:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan və Küveyt aviasiya administrasiyalarının nümayəndələri arasında danışıqlar keçirilib.

Dövlət Mülki Aviasiya Administrasiyasından “APA-Economics”ə verilən məlumata görə, danışıqlar zamanı tərəflər “Azərbaycan və Küveyt arasında hava əlaqəsi haqqında saziş”in layihəsini razılaşdırıblar.

Həmçinin tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və iki ölkə arasında müntəzəm uçuşların yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər.

Görüşdə Azərbaycan tərəfdən Ədliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR