“15 sentyabr 1918-ci ildə Nuru paşanın komandanlığında Türk-İslam ordusunun Bakını işğaldan azad etməsi” mövzusunda tədbir keçirilib

“15 sentyabr 1918-ci ildə Nuru paşanın komandanlığında Türk-İslam ordusunun Bakını işğaldan azad etməsi” mövzusunda tədbir keçirilib
# 15 sentyabr 2015 10:58 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Azəri-Türk" Qadınlar Birliyi, Aşıq Şəmşir Mədəniyyət Ocağı, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə “15 sentyabr 1918-ci ildə Nuru paşanın komandanlığında Türk-İslam ordusunun Bakını işğaldan azad etməsi” mövzusunda tədbir keçirilib.


APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı 15 sentyabr tarixinin əhəmiyyətini qeyd edərək, həmin dövrdə baş verən hadisələrdən danışıb.

T. Rüstəmxanlının sözlərinə görə, bu tarixə həm Türkiyədə, həm də Azərbaycanda baxış fərqlidir: "Sarıqamış hadisələrində Ənvər Paşanı günahlandırırlar. Hesab edirəm ki, bu mübahisə araşdırmaçıların işidir. Biz həm Ənvər Paşanı, Nuru Paşanı hər zaman qəhrəman kimi qəbul edəcəyik. Bu gün Azərbaycanın var olmasına görə, 1918-ci ildə dövlətimizin, millətimizin uğrunda şəhid olanlara borcluyuq".

İstanbul-Azərbaycan Türk Dayanışma Dərnəyinin başqanı Səfər Qaraqoyunlu isə çıxışında hər iki ölkədə Nuru Paşanın şərəfinə abidə qoyulmasını təklif edib.

Tədbirdə digər çıxışlar da dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR