Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında iyul ayından etibarən azalma müşahidə olunur

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında iyul ayından etibarən azalma müşahidə olunur
# 03 dekabr 2014 10:27 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2014-cü ilin dekabrın 1-nə 14 996,3 mln. ABŞ dolları təşkil edib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 253,8 mln. dollar və ya 9,12% çoxdur.

Eyni zamanda, cari ilin əvvəlindən artım 844,3 mln. dollar və ya 5,97% olub.

Maraqlıdır ki, valyuta ehtiyatları ötən ay ilə müqayisədə 0,25% və ya 37,3 mln. dollar azalıb.

Onu da qeyd edək ki, AMB-nin valyuta ehtiyatlarında artıq iyul ayından etibarən (hər ötən ay ilə müqayisədə) azalma dinamikası müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR