Azərbaycanda vətəndaşı siyasi partiya üzvlüyünə məcbur edən şəxslər həbs oluna bilər

Azərbaycanda vətəndaşı siyasi partiya üzvlüyünə məcbur edən şəxslər həbs oluna bilər
# 15 noyabr 2012 09:04 (UTC +04:00)

Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda siyasi partiyada üzvlüyə məcbur edən şəxslər cəzalandırılacaqlar. APA-nın məlumatına görə, onlar hətta azadlıqdan məhrum edilə bilərlər. Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İclasda Cinayət Məcəlləsinə (CM) müvafiq əlavənin edilməsi təklif olunub.

CM-ə əlavə olunan 169.1 maddəsində siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə min manatdan üç min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması əksini tapıb.

Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR