Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır

Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır
# 15 noyabr 2012 09:10 (UTC +04:00)

APA-nın məlumatına görə, İXM-də siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə cərimələr bölümünə dəyişikliklər edilməsi təklif olunub. Təklif səsverməyə çıxarılaraq qəbul olunub.

Beləliklə, siyasi partiyalar tərəfindən dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edilməsinə, həmçinin xarici dövlətlərin siyasi partiyalarının, onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə, ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərmə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində iştirak etməyə görə fiziki şəxslər 750-1500 manat, vəzifəli şəxslər 1500-3000, hüquqi şəxslər 8000-15000 manat miqdarında cərimə ediləcək. Bu əməlin təkrar törədilməsinə görə fiziki şəxslər 1500-3000 manat, vəzifəli şəxslər 3000-6000 manat, hüquqi şəxslər 15000-30000 manat miqdarında cərimə ediləcək.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR