Azərbaycanda iaşə dövriyyəsinin rüblük həcmi 24% artıb

Azərbaycanda iaşə dövriyyəsinin rüblük həcmi 24% artıb
# 22 aprel 2013 13:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda iaşə dövriyyəsinin həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,7% artaraq 159,9 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, özəl sektorda iaşə dövriyyəsinin 48,5%-i hüquqi şəxs statuslu müəssisələrin, 51,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb: «Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9% artaraq 79,5 mln. manat olub».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR