Bank Of Baku

BMT-nin xüsusi elçisi: Gənclər müharibə deyil, sülh nəsli olmalıdır

Migel Anxel Moratinos

© APA | Migel Anxel Moratinos

# 28 oktyabr 2026 10:51 (UTC +04:00)

"Gənclər müharibə deyil, sülh nəsli olmalıdır".

APA xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos bunu Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclərin dialoqu: Təsirin ön plana çıxarılması” adlı tədbirdə deyib.

Moratinos gəncləri müharibələrə son qoyan və sülh quran nəsil olmağa çağırıb: “Müharibəyə haqq qazandırmaq mümkün deyil və gənclər sülhün təmin olunmasında mühüm rol oynamalıdır. Siz sülh nəsli olmalısınız və bunun üçün heç bir bəhanə yoxdur. Müharibəyə haqq qazandırmaq olmaz, onun heç bir əsası yoxdur. Müharibədə heç bir sənət yoxdur. Dağıntılar, qaranlıq və iztirablar nihilizmin təzahürləridir. Sülh isə mənəvi rahatlıq, daxili harmoniya, həmrəylik, empatiya və mehriban qonşuluq münasibətləri yaradır. Buna görə də sizin nəsliniz müharibə deyil, sülh nəsli olmalıdır”.

O gənclərin BMT-nin fəaliyyətində mühüm yer tutduğunu da qeyd edib: “Gənclər yalnız bizim çox ehtiyac duyduğumuz sülhün simvolu deyil. Siz bu günün və gələcəyin liderlərisiniz. Hətta deyərdim ki, siz gələcək deyil, bu günsünüz.

Bu gün son dərəcə qütbləşmiş, parçalanmış və qeyri-müəyyənliklərlə dolu dünyada gənclərin nə qədər mühüm rol oynadığını görürük. Siz öz gələcəyinizdən və gələcək nəslin bizdən nəyi miras alacağından narahatsınız. Məhz siz məsuliyyəti öz üzərinizə götürməyə və bəşəriyyət tarixində həqiqətən yeni bir səhifə açmağa hazırlaşmalısınız”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR