ABŞ-da kimya zavodunda yanğın baş verib

ABŞ-da kimya zavodunda yanğın baş verib
# 15 avqust 2015 01:07 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında kimya zavodda yanğın baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident ştatın Montqomeri dairəsində qeydə alınıb.

Hadisə yerinə xilasedici briqadalar cəlb olunub. Yanğınla bağlı üçüncü dərəcəli çağırış elan edilib.

Zərərçəkənlər barədə hələ ki, məlumat verilmir.

Qeyd olunur ki, geniş məsafəni əhatə etdiyindən yanğınsöndürənlər hadisə yerinə yaxınlaşa bilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR