Bakı. Rəşad Süleymanov – APA. TRT-1 telekanalında yayımlanan “Sakarya-Fırat” serialının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edilən bölümü aprelin 3-də yenidən ekrana gələcək. Bu barədə APA-ya TRT-nin Bakı təmsilçiliyindən məlumat verilib.
TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan bildirib ki, martın 27-də serialı izləyə bilməyənlər aprelin 3-də Bakı vaxtı ilə saat 21:50-də ötən bölümün geniş xülasəsini izləyə biləcəklər: “Serialın geniş özətində Mübariz İbrahimovun qəhrəmanlıq hekayəsi və serialdakı dialoqlar ona böyük sevgi və hörmət əlaməti olaraq yenidən ekranlara gələcək”.
Qeyd edək ki, “Sakarya-Fırat”ın martın 27-də yayımlanan bölümündə “Mübarizi unutmayın” çağırışı öz əksini tapıb. Bölümün sonunda M. İbrahimovun fotosu türk şəhidlərinin Şərəf Lövhəsinə yerləşdirilib.